Olaylar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Birləşmiş Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində sədr Saqr Qobaş ölkəmizin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaq.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
 
                        