Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Malatyanın Doğanşəhir rayonunda qeyri-adi hadisə baş verib.Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, park halında olan avtomobil əl əyləci tam çəkilmədiyi üçün hərəkətə gələrək aptekə çırpılıb.Hadisə günorta saatlarında rayon mərkəzində yaşanıb. Məlumata görə, aptekə müştəri olaraq gələn şəxsin Honda markalı avtomobili dayanacaqda saxladıqdan sonra əl əyləcini tam çəkməməsi səbəbindən avtomobil tədricən hərəkət edib və qısa müddət sonra sürətlənərək aptekin şüşə vitrinini qırıb içəri daxil olub. Obyektə ciddi ziyan dəyib.Hadisə anı ətrafdakı təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə avtomobilin yavaş-yavaş irəlilədiyi və daha sonra vitrinə çırpıldığı aydın görünür.Hadisə ilə bağlı araşdırma aparılır.(Sonxeber.az)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.