RU

“Turan Tovuz” darmadağınla növbəti mərhələyə yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən “Turan Tovuz” II Liqa təmsilçisi “Dinamo” ilə qarşılaşıb. “Azərsun Arena”da təşkil olunan görüş Tovuz klubunun inamlı qələbəsi ilə başa çatıb – 5:0. Qolları İbrahima Vadji (2), Şəhriyar Əliyev, Ayxan Hüseynov və Murad Dadaşev vurublar.

“Turan Tovuz” 1/8 finalda “Şimal” – “Şahdağ Qusar” görüşünün qalibi ilə qarşılaşacaq.

Избранный
29
4
publika.az

5Источники