İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə rayonuna zərbələr endirməyə başlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
Bildirilib ki, zərbələrdən biri “Əş-Şəfa” tibb mərkəzinə endirilib. pizza
Bundan əlavə, Əş-Şati qaçqın düşərgəsinin də bombalandığı deyilir. İtkilər barədə informasiya verilmir.
Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahi Qəzzaya təcili zərbələr endirilməsi barədə əmr verib.
Telegram kanalımız