RU

Ukrayna müdafiəçiləri rusları geri oturtdu

Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Dobropillya sektorunda rus işğalçılarını uğurla dəf ediblər.

İşğalçılar Kuçeriv Yar və Novi Şaxove kəndlərini ələ keçirməyə çalışıblar.
Bu barədə Telegram-dakı “DeepState” analitik layihəsi məlumat verib. Bəyanatda deyilir: “Ukrayna Müdafiə Qüvvələri düşməni Kuçeriv Yar və Novi Şaxove yaxınlığında dəf edib.

Düşmən Zvirove və Stepna Novosilka yaxınlığında irəliləyibdi”.
Qeyd edək ki, dünən axşam, 27 oktyabrda Ukrayna Milli Qvardiyasının 1-ci “Azov” Korpusu rus işğalçılarının Dobropillya (Oçeretin sektoru) yaxınlığında daha bir mexanikləşdirilmiş hücuma keçərək Şaxove və Volodymyrivka kəndlərini ələ keçirməyə çalışdıqlarını bildirmişdi.

//Samir Qurbanov, Editor.az

Избранный
55
editor.az

1Источники