RU

Niderlandda parlamentin aşağı palatasına növbədənkənar seçkilər keçiriləcək

BAKI, 29 oktyabr. TELEQRAF

Niderlandda parlamentin aşağı palatası (Ümumi Ştatların İkinci Palatasına) növbədənkənar seçkilər oktyabrın 29-da keçiriləcək.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, Krallığın konstitusiyasına əsasən, səsvermə bir gün ərzində baş tutacaq.

Ölkə üzrə 9 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:30-da açılacaq və 21:00-da bağlanacaq.

Niderland mediasının məlumatına görə, xaricdə yaşayan təxminən 135 min niderlandlı vətəndaş seçkilərdə iştirak üçün qeydiyyatdan keçib. Bu, 2023-cü il parlament seçkiləri ilə müqayisədə 25% çoxdur və rekord göstərici sayılır.

Səsvermənin ilkin nəticələri günün sonunda, rəsmi nəticələr isə ertəsi gün elan ediləcək.

Sorğular göstərir ki, heç bir siyasi partiya təkbaşına hökumət formalaşdırmaq üçün lazım olan 76 yeri qazana bilməyəcək.

Məlumata görə, son aylarda yaranmış siyasi böhran krallıqda növbədənkənar seçkilərin keçirilməsinə səbəb olub.

Избранный
54
teleqraf.com

1Источники