Kişilər voleybolçulardan ibarət "Azərreyl" bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, onlar təsnifat mərhələsinin I turunda "Radniçki"nin (Serbiya) qonağı olacaq.
Tərəflər arasında ilk görüşdə Serbiya təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
"Azərreyl" turu keçəcəyi təqdirdə "TSV Raiffeisen Hartberq" (Avstriya) - "AKAA Volley" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Onlar mərhələni keçə bilməsə, CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək.
 
                        