RU

Ebru Gündeşin səhnə öncəsi canlı ifası sosial mediada böyük rəğbət toplayıb - VİDEO

Ebru Gündeşin səhnə öncəsi canlı ifası sosial mediada böyük rəğbət toplayıb - VİDEOMəşhur müğənni Ebru Gündeşin səhnə öncəsi etdiyi canlı performans məşqi sosial şəbəkələrdə paylaşılaraq qısa müddətdə viral olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, videoda sənətçinin yüksək səs gücü və peşəkarlığı bir daha diqqət çəkib.

Qısa zamanda milyonlarla baxış toplayan görüntülərin altına minlərlə şərh yazılıb. İstifadəçilər Ebru Gündeşin ifası üçün:

"Bu necə bir səsdir?",
"Bu səs qarşısında ayağa qalxıb hörmət etmək lazımdır",
"Abla, birbaşa açıq ürək əməliyyatı edə bilərdin" kimi ifadələrlə heyranlıqlarını bildirib.

Sosial mediada paylaşım geniş müzakirələrə səbəb olub və sənətçi bir daha səsi ilə gündəmə gəlib.

Избранный
46
sonxeber.az

1Источники