Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulub.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Bundan başqa, dövlət başçısı "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulmaq barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 sentyabr tarixli 262-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Sərəncam da imzalayıb.
Qeyd edək ki, konvensiya 1998-ci il sentyabrın 10-da Rotterdam şəhərində imzalanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        