RU

Rusiya ordusu Xersondakı uşaq xəstəxanasına zərbə endirib, yaralılar arasında uşaqlar da var

Bu gün Rusiya ordusunun Xerson şəhərindəki uşaq xəstəxanasına endirdiyi artileriya zərbəsi nəticəsində çoxsaylı insanlar, o cümlədən uşaqlar yaralanıb.

APA xəbər verir ki, bu barədə “UNIAN” məlumat yayıb.

Xerson vilayəti prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, zərbə anında binada uşaqlar, valideynlər və tibbi personal olub.

İlkin məlumata görə, hücum nəticəsində 9 nəfər xəsarət alıb, onlardan dördü uşaq, üçü isə tibbi işçidir. Hazırda yaralıların dəqiq sayı müəyyənləşdirilir.

Prokurorluğun məlumatına görə, xəstəxananın binasına ciddi ziyan dəyib, partlayışın yaratdığı dalğa yaxınlıqdakı digər tikililərə də zərər vurub.

Избранный
33
2
apa.az

4Источники