RU

“m10” ilə “Binance” əməliyyatları Manatla, təhlükəsiz, vasitəçisiz

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Azərbaycanın aparıcı fintex platforması “m10” dünyanın ən böyük kriptovalyuta birjası “Binance” ilə əməkdaşlıq edərək, ölkədə ilk dəfə Azərbaycan manatı ilə vasitəçisiz kripto-fiat əməliyyatlarını təqdim edir.

İstifadəçilər birbaşa “m10” hesablarından “Binance” hesablarına manatla vəsait əlavə edə və çıxara bilərlər — tam şəffaf, təhlükəsiz və vasitəçisiz şəkildə.

Təhlükəsizlik – ən yüksək səviyyədə

Bu xidmət, Azərbaycan Mərkəzi Bankının (AMB) xüsusi tənzimləmə rejimində (sandbox) sınaqdan keçirilən ilk fintex platforması kimi, həm rəsmi statusa, həm də yüksək təhlükəsizlik standartlarına malikdir. Bütün əməliyyatlar bank infrastrukturu üzərindən həyata keçirilir.

“m10” və “Binance” inteqrasiyasının ilk mərhələsi AMB-nın sandbox rejimindən uğurla keçərək, 6 aylıq sınaq müddətini başa vurub və daha 6 ay müddətinə ikinci mərhələyə keçid edib.

Əməliyyat şərtləri

Valyuta: Azərbaycan manatı (AZN)

Balans artırma komissiyası: 1%

Vəsait çıxarma komissiyası: 1.5%

Əməliyyat limiti: 20,000 ABŞ dolları ekvivalentinədək

Qeyd: Aylıq 20,000 ABŞ dolları ekvivalentinədək əməliyyat limiti Azərbaycan Mərkəzi Bankının müvafiq qaydalarına əsaslanır. Xidmət yalnız Azərbaycan vətəndaşları üçün əlçatandır və KYC (müştərini tanı) prosedurunun tamamlanması mütləqdir.

Azərbaycanın kripto əməliyyatlarında yeni mərhələ

Bu əməkdaşlıq, ölkədə kripto-ekosistemin inkişafında mühüm addım olmaqla, istifadəçilərə rahatlıq, qanunvericiliyə uyğunluq və maliyyə şəffaflığı təmin edir.

Necə başlamaq olar?

Binance tətbiqinə və ya rəsmi vebsayta daxil olun və qeydiyyatdan keçin.

Deposit bölməsində AZN → m10 seçərək m10 hesabınız vasitəsilə balansınızı artırın.

Withdraw bölməsində m10 hesabınızı göstərərək vəsaiti çıxarın.

“m10” haqqında

“m10”, Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olan PashaPay tərəfindən hazırlanmış rəqəmsal cüzdandır və bir ekosisteminin fintex həllidir.

2022-ci ildən istifadəyə verilmiş “m10” fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını sadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərin həyata keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyi hədəfləyir.

Ətraflı məlumat üçün: https://m10.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
9
qafqazinfo.az

10Источники