RU

Azərbaycan Fintex Assosiasiyasının yeni idarə heyəti formalaşdırılıb, sədr seçilib

Azərbaycan Fintex Assosiasiyasının yeni İdarə Heyəti və Nəzarət-təftiş komissiyası formalaşdırılıb.

"APA-Economics" xəbər verir ki, Edqar Abdullayev Assosiasiyanın idarə heyətinin sədri, Eynar Abdullayev sədrin müavini vəzifələrinə təyin olunub.

Eyni zamanda Zeynal Kərimzadə, İqbal Rüstəmov və Rasim Xammədov idarə heyətinin üzvləri seçilib.

Mehriban Əlizadə, Valeriya Qəniyeva və Murad Mirzə isə qurumun Nəzarət-təftiş komissiyasının üzvləri təyin olunub.

Избранный
31
2
apa.az

4Источники