RU

“Sığorta ilə dayanıqlı gələcək” təlim

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə təşkilatçılığı çərçivəsində tələbələr üçün “Meqa Sığorta” ASC-nin sosial sığorta üzrə təlimçisi Emil Ağabağırov tərəfindən “Sığorta ilə dayanıqlı gələcək” mövzusunda təlim keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlim zamanı Emil Ağabağırov sığortanın mahiyyəti, növləri, tarixi inkişaf mərhələləri, fəaliyyət prinsipləri, eləcə də sığorta mexanizmlərinin vətəndaşların sosial müdafiəsindəki əhəmiyyəti barədə geniş təqdimatla çıxış edib. O, könüllü sığortanın üstünlükləri və dövlət-özəl sektor əməkdaşlığının bu sahədəki rolu barədə də danışıb.

Təlimçi vurğulayıb ki, hər bir gənc gələcəkdə əmək fəaliyyətinə başladığı andan sosial sığorta sisteminə daxil olmağın vacibliyini anlamalı, bu mexanizmdən şəxsi təhlükəsizliyi və rifahı üçün səmərəli şəkildə yararlanmalıdır.

Onun sözlərinə görə, düzgün qurulmuş sığorta mexanizmləri risklərin idarə edilməsinə, gözlənilməz itkilərin qarşısının alınmasına, ailə büdcəsinin və ümumilikdə ölkə iqtisadiyyatının sabitliyinin qorunmasına, yəni dayanıqlı gələcəyin təmin olunmasına xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
azertag.az

1Источники