RU

Rusiya Brüsselə zərbə endirsə, Moskvanı yer üzündən silərik – Belçika müdafiə naziri

Rusiya Brüsselə zərbə endirsə, Moskvanı yer üzündən silərik.

İnterpress.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken “De Morgen” qəzetinə müsahibəsində bildirib.

O deyib ki, Rusiya NATO-nun ürəyi sayılan Brüsselə zərbə endirəcəyi təqdirdə, Moskva tamamilə məhv ediləcək.

Nazirin sözlərinə görə, belə bir hücum bütün alyans ölkələrinin birgə cavabına səbəb olacaq.

“Əgər Brüsselə zərbə dəyərsə, bu, NATO-ya qarşı açıq müharibə deməkdir. Biz Moskvanı yer üzündən silmək gücünə malikik”, – Franken vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
56
1
interpress.az

2Источники