Rusiya Brüsselə zərbə endirsə, Moskvanı yer üzündən silərik.
İnterpress.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken “De Morgen” qəzetinə müsahibəsində bildirib.
O deyib ki, Rusiya NATO-nun ürəyi sayılan Brüsselə zərbə endirəcəyi təqdirdə, Moskva tamamilə məhv ediləcək.
Nazirin sözlərinə görə, belə bir hücum bütün alyans ölkələrinin birgə cavabına səbəb olacaq.
“Əgər Brüsselə zərbə dəyərsə, bu, NATO-ya qarşı açıq müharibə deməkdir. Biz Moskvanı yer üzündən silmək gücünə malikik”, – Franken vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az
 
                        