RU

Kremlin sözçüsü SSRİ nin dağılmasından sonrakı durumdan danışdı

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rusiya Avrasiyanı özünün evi hesab edir".

Bakupost.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, qitə ölkələri ortaq bir gələcəyi bölüşür və qitənin parça-parça edilməsinə imkan verməyəcəklər.

"Biz Avrasiyada müstəqilliyimizi və suverenliyimizi necə qorumağı yaxşı bilirik. Milli maraqlarımız uğrunda necə mübarizə aparmağı da çox yaxşı bacarırıq", - Peskov vurğulayıb.

Prezidentin mətbuat katibi onu da əlavə edib ki, SSRİ-nin dağılmasından sonra onun ərazisində müxtəlif müstəqil dövlətlər yaranıb, keçmiş respublikaların xalqları arasında əlaqələr isə bu günə qədər davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
2
www.bakupost.az

3Источники