ain.az, Oxu.az saytına istinadən bildirir.
"Qazaxıstan Rusiyanın qonşusu və enerji tərəfdaşı kimi Avropa üçün mühüm rol oynayır".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb "Kazinform" nəşrinə müsahibəsində bildirib.
"Avropanın Rusiya enerji resurslarından - həm mayeləşdirilmiş təbii qazdan, həm də neftdən tədricən uzaqlaşdığı bir şəraitdə 80%-dən çox azalma alternativ enerji mənbələrinə zərurət yaradır. Bu kontekstdə Qazaxıstan əsas rol oynayır", - deyə Stubb qeyd edib.
Qeyd edək ki, Avropa ölkələri qarşıdakı illərdə Rusiya enerjisindən tamamilə imtina etmək niyyətini bəyan edirlər. Bir müddət əvvəl, Avropa İttifaqı səfirləri qapalı iclasda Rusiyadan neft və qaz idxalından 2028-ci ilə qədər mərhələli şəkildə imtina etmək planını dəstəkləyiblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        