RU

ABŞ Senatı Kanadaya qarşı rüsumların artırılmasının ləğvinə yönəlmiş qətnamə qəbul etdi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Senatı ölkə Prezidenti Donald Trampın Kanadaya qarşı rüsumlarla bağlı qərarını əngəlləməyə yönəlmiş ikipartiyalı qətnaməni dəstəkləyib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "NBC News" telekanalı yayıb.

Bildirilir ki, 50 senator qətnamənin "lehinə", 46 nəfəri isə "əleyhinə" səs verib.

Dünən də Senat Braziliyaya qarşı rüsumlarla bağlı oxşar qətnamə qəbul edib.

Gözlənildiyinə görə, sabah Senatdakı demokratlar qlobal tarifləri ləğv etmək və ticarət üzərində Konqresin səlahiyyətlərini bərpa etməkdən ötrü daha bir tarif qətnaməsi ilə bağlı səsvermə keçirəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
1
oxu.az

2Источники