RU

Yeniyetmə cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək

14 yaşadək yeniyetmə cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək.

Bu barədə İdman.Biz-ə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarış 1-2 noyabrda Sumqayıt Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Turnirin təşkilində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Yarışda Abşeron, Xızı və Sumqayıtı təmsil edən 176 cüdoçu mübarizə aparacaq.

İdman.Biz

Избранный
4
4
idman.biz

6Источники