RU

​Saxlanılan başçı bu məmurun qohumu imiş FOTO

Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Rayonun icra başçısı İslam Rzayevin və bir neçə rəsmi şəxsin saxlanıldığı bildirilir.

Metbuat.az saxlanılan icra başçısı ilə bağlı maraqlı məlumat əldə edib. Məlum olub ki, İslam Rzayevin bir neçə qohumu yüksək vəzifələrdə çalışır. Onlardan biri də Maliyyə nazirinin müşaviri Elman Mehdiyevdir. Elman Mehdiyev İslam Rzayevin bacısı oğludur.

Xatırladaq ki, Elman Mehdiyev 2016-cı ilin iyuluna kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru olub.

Zauf Əliyev / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
1
metbuat.az

10Источники