RU

“Həvəsləndirmə mükafatları” müsabiqəsi başlayıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 30 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsinə start verilib.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, məqsəd layihə çərçivəsində 2020-2024-cü illərdə avadanlıqlarla təmin edilərək istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmuş şəxslərə öz bizneslərini genişləndirmək üçün əlavə dəstəyin göstərilməsidir.

Müsabiqəyə ölkənin bütün şəhər və rayonları üzrə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində kiçik biznesini qurmuş şəxslər müraciət edə bilərlər.

Müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:

- Biznes fəaliyyətinin birinci ilini biznes plana uyğun olaraq tamamlamalı, istifadəsinə və ya mülkiyyətinə verilmiş əmlaklarla fəaliyyət istiqamətinə uyğun biznes fəaliyyəti ilə məşğul olmalıdır;

- Qeydiyyata alınmış vergi ödəyicisi olmalı və son 12 ay ərzində vergi və digər məcburi sosial ödənişləri tam şəkildə ödəməli, borcu olmamalıdır.

Hər bir benefisiar yalnız bir dəfə bu müsabiqədən faydalana bilər. Müsabiqədə iştirak etmək istəyən şəxslər linki vasitəsilə müraciət edə bilərlər.

Növbəti mərhələdə müsabiqənin tələblərinə uyğun olan şəxslərə biznes plan nümunəsi göndəriləcək. Təqdim ediləcək biznes planlar qiymətləndirildikdən sonra qalib şəxslərə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində əlavə dəstək göstəriləcək.

Müsabiqədə iştirak üçün son müraciət tarixi noyabrın 12-i saat 18:00-a qədərdir.

Əlavə məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına və onların xidmət şöbələrinə və ya DOST mərkəzlərinə müraciət etmək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
5
azertag.az

6Источники