RU

“DeFacto” Azərbaycanda fəaliyyətini tam dayandırdı

“DeFacto” mağazaları Azərbaycanda fəaliyyətini tam dayandırıb.

Busaat.az Modern.az-a istinadla xəbər verir ki, Türkiyənin geyim markasının Bakı, Sumqayıt və Gəncədəki filialları ölkə bazarından tamamilə çıxıb.

Qeyd edək ki, Türkiyənin hazır geyim və moda markalarından biri olan “DeFacto” 2015-ci ildə Azərbaycan bazarına daxil olub.

Bir müddət əvvəl mağazaların fəaliyyətinin dayandırılması barədə xəbərlər yayılıb.

Избранный
15
10
busaat.az

10Источники