RU

UNEC ilə “Rabitəbank” arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Rabitəbank”ASC arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

UNEC-in rektoru, professor Ədalət Muradov və “Rabitəbank”ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynovun imzaladığımemorandum universitet-sənaye əlaqələrinin gücləndirilməsi, təhsilvə bank sektoru arasında bilik və təcrübə mübadiləsiningenişləndirilməsi məqsədi daşıyır.

Memoranduma əsasən, tərəflər bank sahəsində müasirtexnologiyalar və rəqəmsal bankçılıq istiqamətində təcrübəmübadiləsi aparacaqlar, UNEC-in Ömürboyu Təhsil Mərkəzi ilə birgəkommersiya yönümlü təlimlər həyata keçirəcəklər. Bundan başqa,memorandumda tələbələr üçün Rabitəbankda müxtəlif növ təcrübəproqramlarının, o cümlədən istehsalat təcrübələrinin təşkili, birgəlayihə, konfrans, təlim və seminarların keçirilməsi, həmçinin bankmütəxəssislərinin UNEC-in tədris prosesinə mühazirəçi qismində cəlbedilməsi əks olunub. Əməkdaşlıq çərçivəsində UNEC-də “Karyeragünləri”nin təşkili də nəzərdə tutulub.

UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
Избранный
7
10
az.trend.az

10Источники