RU

Yaşa görə tərxis edilən hərbçilər işdənçıxarma müavinətini bir il ərzində ala biləcək

BAKI, 30 oktyabr. TELEQRAF

“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən pensiya hüququ olmadan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci və 42-ci maddələrinə əsasən, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmanın son yaş həddinə çatmasına, xəstəliyinə və ya ştat ixtisarına görə həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara işdənçıxarma müavinətinin hərbi rütbə üzrə verilməsi hərbi xidmətdən buraxıldığı gündən etibarən bir il ərzində davam edir.

Избранный
12
2
teleqraf.com

3Источники