BAKI, 30 oktyabr. TELEQRAF
“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarda dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, hərbi və xüsusi rütbə nəzərdə tutulmayan digər dövlət orqanlarında (qurumlarında), müəssisə və təşkilatlarda işləyən, iş yeri və orta aylıq əməkhaqqı saxlanılan “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən səfərbərlik üzrə hərbi xidmətə (toplanışa) çağırılmış hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə, habelə müddətli həqiqi hərbi xidmətdən birbaşa zabit hərbi rütbəsi verilməklə buraxılmış şəxslərə işdənçıxarma müavinəti verilmir.
 
                        