RU

Türk Dünyasında yeni addım: İki əsər Ortak Türk Əlifbası ilə nəşr edilib

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Türk Dünyasında Türk dili birliyini gücləndirmək məqsədilə mühüm bir addım atılıb. Türk Akademiyası, Abay Kunanbayoğlunun "Qara Sözlər" və Çingiz Aytmatovun "Ağ Gəmi" əsərlərini Ortak Türk Əlifbası ilə nəşr edib.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ortak Türk Əlifbasının qəbulunda ilk addımı atdıqlarını bildirərək, bu əsərləri Türk liderlərinə təqdim edib. Ərdoğan: "Ortak əlifba məsələsində Türkiyə olaraq ilk addımı atırıq, Çingiz Aytmatovun əsəri və Oğuznamələri Ortak əlifba ilə nəşr edirik", - deyə vurğulayıb.

Türk Akademiyasının eksperti Dr. Aynur Mayemerova bu layihənin Türk dünyasında dil birliyini artırmağı və müxtəlif Türk dillərindəki mənəvi əlaqəni gücləndirməyi hədəflədiyini qeyd edib. O, həmçinin, Ortak Türk Əlifbası fərqli Türk dillərindəki mətnlərin müqayisəsini asanlaşdıracağını və Türk xalqları arasında daha güclü bir əlaqə yaradacağını bildirib.

Almatı və Bişkekdə keçirilən təqdimatlarda, bu əsərlərin yeni əlifba ilə nəşr edilməsi, Türk oxucularına həm mədəni, həm də ədəbi əlaqələri gücləndirəcək imkanlar yaradır. Həmçinin, 9-11 sentyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək Türk Dünyası Ortak Əlifba Komissiyasının üçüncü toplantısında, 34 hərfli Latin əsasında olan Ortak Türk Əlifbasının rəsmi olaraq qəbul edilməsi planlaşdırılıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
bizimyol.info

1Источники