Gəncədə piyada yol qəzasında xəsarət alıb.
NOCOMMENT.az qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə motosiklet yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Amin Quliyevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
 
                        