AZ

Gəncədə QƏZA: Yolu keçən şəxsi motosiklet vurdu

Gəncədə piyada yol qəzasında xəsarət alıb.

NOCOMMENT.az qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə motosiklet yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Amin Quliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
nocomment.az

1Mənbələr