Bakı. Trend:
Əldə olunan atəşkəs razılaşmasından sonra Pakistan iləƏfqanıstanın nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşləribaşa çatıb. Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılandanışıqlarda atəşkəsin davam etdirilməsi barədə razılıq əldəolunub.
Trend xəbər verir ki, bubarədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən yazılı açıqlamada bildirilib ki, Əfqanıstanilə Pakistan arasında oktyabrın 18-i və 19-da Dohada Türkiyə vəQətərin vasitəçiliyi ilə əldə edilən atəşkəsin möhkəmləndirilməsiməqsədilə oktyabrın 25–dən 30-dək İstanbulda dörd ölkənin iştirakıilə görüşlər keçirilib.
Tərəflər atəşkəsin davam etdirilməsi barədə razılığa gəliblər.Atəşkəsin icrasına dair əlavə məsələlər isə noyabrın 6-daİstanbulda keçiriləcək yüksəksəviyyəli görüşdə müzakirə ediləcək vəqərara alınacaq.