Bakı. Trend:
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində “AzərbaycanınSuveren Kredit Reytinqi və İqtisadi Perspektivləri: Qafqazın vəMərkəzi Asiyanın Regional Potensialının Aşkarlanması” mövzusundatədbir keçirilib.
Trend xəbər verir ki,tədbirdə Britaniyanın aparıcı şirkətlərində çalışan azərbaycanlı vəxarici mütəxəssislər, “City of London” Korporasiyasının, dövlətqurumlarının nümayəndələri, iqtisadi sahə üzrə ekspertlər iştirakediblər.
Tədbirin moderatoru qismində “Oliver Wyman” şirkətinin tərəfdaşıvə Azərbaycan üzrə rəhbəri Camal İsmayılov çıxış edib. O, cari ildəAzərbaycanın iqtisadi inkişaf yolunda mühüm nailiyyət əldə etdiyinivurğulayıb. Belə ki, “Moody’s” Beynəlxalq Reytinq Agentliyitərəfindən Azərbaycan Respublikasının suveren kredit reytinqigöstəricisinin “Ba1” səviyyəsindən “Baa3” investisiya səviyyəsinəyüksəldilib. Xüsusilə son on il ərzində Azərbaycan hökumətininiqtisadi sahədə aydın və məqsədyönlü strategiya həyata keçirdiyini,ölkənin iqtisadi dayanıqlılığının gücləndirdiyini və uzunmüddətlirəqabət qabiliyyətinin artırdığını söyləyib. “Moody’s”təşkilatının, eləcə də digər reytinq agentliklərinin Azərbaycanlabağlı müsbət qərarının ölkədə aparılan iqtisadi islahatlaragöstərilən böyük etimadın nəticəsi olduğunu söyləyib. Camalİsmayılov qeyd edib ki, bu nailiyyət Azərbaycanı daha daruhlandırmalı, institusional islahatları dərinləşdirməyə, özəlsektoru genişləndirməyə və Birləşmiş Krallıq da daxil olmaqla,dünyadakı tərəfdaşlarla iqtisadi əlaqələri möhkəmləndirməyə sövqetməlidir.
Panel müzakirə zamanı “Moody's” Kredit Agentliyininvitse-prezidenti Daniela Re Frasçini və “Oppenheimer & Co”İnvestisiya Bankının aparıcı analitiki Gabin Levy çıxış edib.
Onlar Azərbaycanın suveren kredit reytinqi və iqtisadidayanıqlılığı barədə məlumat veriblər. “Moody’s” kreditagentliyinin Azərbaycanla bağlı reytinq qərarını əsaslandıranölkənin fiskal siyasəti, makroiqtisadi göstəriciləri, neftdənasılılığının azaldılması, iqtisadi şaxələndirmə səyləri, investoretimadı, institusional islahatlar, maliyyə imkanları eləcə dəCənubi Qafqaz və Mərkəzi Asiya regionunda Azərbaycanın nəqliyyat,logistika və iqtisadi inteqrasiya nöqteyi nəzərindən stratejimövqeyi barədə fikirlərini bölüşüb. Mütəxəssislər xüsusilə 8 avqustVaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasındanormallaşma prosesinin ölkənin investisiya reytinqinin yüksəlməsinəəhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini vurğulayıb.
Tədbir zamanı çıxış edən Azərbaycanın Britaniyadakı səfiri ElinSüleymanov bildirib ki, ölkəmizin əldə etdiyi nailiyyətlərPrezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilənuzaqgörən və müdrik siyasi, iqtisadi, sosial islahatlarınnəticəsidir. Səfir, həmçinin Azərbaycanla Ermənistan arasında ilkinsülh razılaşmasının imzalanması və normallaşma prosesinin yalnıziki ölkə üçün deyil ümumilikdə Cənubi Qafqaz və Mərkəzi Asiyaregionu üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Bununlaregional ticarət və nəqliyyat dəhlizlərinin daha effektivişləməsinə, enerji və logistika layihələrinin genişlənməsinə,həmçinin iqtisadi əməkdaşlıq və investisiya axınlarının artmasınaəlverişli şəraitin yaranacağını vurğulayıb.
Tədbirin yekununda Azərbaycan - Britaniya Biznes Şurasının təsisedildiyi elan olunub. Təşkilatın əsas məqsədi iki ölkə arasındaticarət və iqtisadi əlaqələri gücləndirmək, biznes subyektlərininbir-biri ilə əlaqə qurmasına dəstək vermək, ikitərəfli ticarətin,təcrübə və bilik mübadiləsini təşviq etmək, biznes icmasınınmaraqlarını müdafiə etmək və mədəni sahədə əlaqələrigücləndirməkdən ibarətdir.
 
                        