AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Almaniyanın “Die Welt” qəzetinin məlumatına görə, siyasətçilər arasında münaqişə Kaya Kallas AK sədrinin keçmiş aparat rəhbəri Martin Zelmayrı Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) rəhbərinin müavini təyin olunması təklifindən sonra yaranıb. AK sədrinin kəskin tənqidçisi kimi tanınan Zelmayr barədə butəşəbbüsü Usrula fon der Lyayen təxribat kimi qiymətləndirib.
“Heç bir Aİ ölkəsi bu mübahisədə Kallasa dəstək vermədi. Fon der Lyayenin rəhbərliyi ilə Dini Etiqad və Etiqad Azadlığı üzrə Müvəkkil vəzifəsi yaradıldı. Onu Avropa diplomatiyasının rəhbərinin təsirindən çıxarmaq üçün dərhal Zelmayr bu vəzifəyə namizəd göstərildi”, - qəzetin mənbələri bildiriblər.
Kaya Kallasın məğlubiyyəti EEAS-ın ağır maliyyə vəziyyətini vurğulamaqla yanaşı, Ursula fon der Lyayenin Aİ daxilindəki mövqeyinimöhkəmləndirib.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта