Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiyanın Ukraynaya qarşı nüvə başlığı daşıya bilən 9M729 raketindən istifadə etdiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə nazir "Reuters" agentliyinə açıqlamasında deyib/
Onun sözlərinə görə, buraxılışlar 21 avqustda, Alyaskada Tramp-Putin görüşündən bir neçə gün sonra başlayıb və ümumilikdə 23 raket buraxılıb.
2022-ci ildə də iki belə buraxılış qeydə alınıb.
Qeyd edək ki, bu raketin hazırlanması ABŞ-ın 2019-cu ildə Rusiya ilə nüvə silahlarına nəzarət müqaviləsindən çıxmasına səbəb olub.
O vaxt Vaşinqton raketin 500 km-dən artıq məsafəyə uçduğunu iddia edirdi, Moskva isə bunu təkzib etmişdi. Lakin indi raketin 1200 km məsafəyə çatdığı təsdiqlənib, ekspertlər isə onun uçuş məsafəsini 2500 km-ə qədər qiymətləndirirlər.
Qərb analitiklərinin fikrincə, 9M729-un istifadəsi Avropaya birbaşa siqnal kimi dəyərləndirilir.
Musavat.com