RU

Sosial şəbəkələr üçün yeni köməkçi

“Adobe” sosial şəbəkə kanallarını idarə etmək üçün “Firefly” platformasında “Project Moonlight” adlı süni intellekt köməkçisini təqdim edib. Sistem istifadəçinin sosial şəbəkələrdə paylaşdığı məzmunu və tarixçəni analiz edərək fərdiləşdirilmiş şəkil, video və postlar yaradır. O, həmçinin sosial media strategiyası qurur, trendləri müəyyənləşdirir və auditoriya artımı üçün kontent planı hazırlayır.

İstifadəçi sadə mətnlə ideyasını təsvir edir, sistem isə avtomatik olaraq uyğun “Adobe” alətlərini işə salaraq həmin ideyanı reallaşdırır. Yeni süni intellekt köməkçisi “Creative Cloud” kitabxanalarına və sosial şəbəkə hesablarına qoşularaq istifadəçinin vizual üslubunu və yaradıcılıq üstünlüklərini anlamaq üçün kontekstdən asılı yaradıcı intellektdən istifadə edir.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Избранный
64
azerbaijan-news.az

1Источники