RU

Polşada ölkənin Avropa İttifaqından çıxması ehtimalı gündəməgəlib

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkənin Avropa İttifaqından (Aİ) çıxmasının mümkün olduğunu istisna etməyib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir. 

Nazirə Polşanın Aİ-dən çıxma ehtimalı ilə bağlı sual verildikdə, o, belə bir ssenarinin mümkünlüyünü təsdiqləyib:

“Bəli, çünki bizdə elə siyasətçilər var ki, istənilən Avropa təşəbbüsünə avtomatik olaraq ‘yox’ deyirlər,” - deyə Sikorski bildirib.

O, həmçinin xatırladıb ki, keçmiş prezident Andjey Duda vaxtilə Avropa Şurasında qəbul edilmiş enerji qənaətli lampaların tətbiqinə qarşı çıxmışdı, baxmayaraq ki, həmin qərarın qəbulunda o dövrün dövlət başçısı Lex Kaçinski də iştirak etmişdi.

Nuriyyə NATİQQIZI

Избранный
48
redaktor.az

1Источники