Avropa İttifaqı konnektivlik məsələlərində Azərbaycanla çalışmağa hazırdır.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib.
“Azərbaycanın konnektivlik məsələsində gördüyü işlərin şahidi olduq. Azərbaycanın həyata keçirdiyi islahatları dəstəkləyir və konnektivliklə bağlı Azərbaycanla işləməyə hazırıq. Bir neçə həftə əvvəl nəqliyyatla əlaqədar olaraq dialoqa başlamışıq və hazırda detalları müzakirə edirik. Amma, bu barədə detallı danışa bilmərəm”, - Aİ səfiri qeyd edib. Dördpendirli pizza
Telegram kanalımız