QAX, 31 oktyabr. TELEQRAF
“Piyadalar, diqqətli olun!” adlı hərəkətin təhlükəsizliyi həftəliyi ilə əlaqədar Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində profilaktik tədbirlər keçirilib.
DİN Mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, tədbirlər çərçivəsində rayonun Güllük kənd tam orta məktəbində şagirdlərlə görüş keçirilib. Onlara piyada keçidlərindən necə istifadə etmələri, hansı halda yolu keçmələri, eləcə də digər yol-hərəkəti qaydaları əyani şəkildə izah edilib. Həmçinin təhlükəsiz davranış vərdişləri və yol nişanları ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.