RU

Məşhur basketbolçuya xərçəng diaqnozu qoyuldu

“Oklahoma Siti”nin basketbolçusu Nikola Topic testis xərçəngi diaqnozu qoyulduqdan sonra kimyaterapiyaya başlayıb.

Publika.az xəbər verir ki, ESPN klubun baş meneceri Sem Prestidən sitat gətirib.

Dünən, oktyabrın 30-da mətbuat konfransı zamanı Presti Topiç ətrafındakı vəziyyətə toxunub. Baş menecer deyib ki, həkimlər 20 yaşlı serbin uzunmüddətli perspektivləri ilə bağlı son dərəcə nikbindir.

Qeyd edək ki, Topiç oktyabrın əvvəlində Hyustondakı MD Anderson Xərçəng Mərkəzində biopsiyadan keçib. Nəticələri aldıqdan sonra o, kimyaterapiyaya başlayana qədər diaqnozunu ictimaiyyətə açıqlamamağı xahiş edib.

Избранный
8
13
publika.az

10Источники