RU

Nevada səhrasında 300 dən çox insan qalığı tapıldı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-dəki Nevada səhrasında 300-dən çox insan qalığı aşkarlanıb və onların kimə məxsus olduğu bilinmir.

Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Sörçlayt şəhəri yaxınlığındakı səhra ərazisində çoxsaylı kremasiya olunmuş (ölümdən sonra yandırılmış) insan qalıqları tapılıb. Onların şəxsiyyəti müəyyən etmək faktiki olaraq qeyri-mümkündür.

Torpaq İdarəetmə Bürosu qalıqların insanlara məxsus olduğunu təsdiqləyib və araşdırmaya başlayıb. Ehtimal ki, bu, hansısa dəfn xidməti tərəfindən edilib. Nevada qanunları külün şəxsi torpaqlara səpələnməsini qadağan etməsə də, qalıqların atılması mərhumların xatirəsinə hörmətsizlik və peşə etikasının pozulmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
1
oxu.az

2Источники