RU

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya paytaxtı Moskvada neyrocərrahlar nadir onurğa beyni şişi olan xəstənin həyatını xilas ediblər.

Oxu.Az bildirir ki, bu barədə "Moskovskaya medisina" "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, qadın sağ əlinin orta barmağının ucunda keyləşmə və yanma hissi şikayəti ilə Botkinsk xəstəxanasına müraciət edib. Müayinə zamanı təxminən altı santimetr ölçüsündə intramedulyar onurğa beyni şişi aşkar edilib.

Məlum olub ki, xəstədə yetkinlərdə nadir rast gəlinən şiş - ependimoma var. Bu şişlər müxtəlif nevroloji xəstəliklər altında maskalanaraq sinir sistemi boyunca metastaz verə bilərlər.

Şiş uğurla çıxarılıb, hissiyyat bərpa olunub və xəstə sağalmağa doğru gedir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
57
2
oxu.az

3Источники