“Azercell Telekom” MMC daha iki internet paketi üzrə tarifləri artırır.İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.Belə ki, qərara əsasən, dekabrın 1-dən “GigaMax” və “GigaMax+” internet paketləri üzrə qiymətlər 2 manat artırılaraq müvafiq olaraq 16,9 manatdan 18,9 manata və 26,9 manatdan 28,9 manata qaldırılıb.Bununla yanaşı tariflər üzrə müvafiq olaraq indiyədək mövcud olan 1 və 7 mb/s maksimal sürət limitləri aradan qaldırılır.Tariflər üzrə müvafiq olaraq təqdim edilən 60 və 80 GB internet həcmi isə olduğu kimi qalıb.Eyni zamanda dekabrın 1-dən etibarən “GigaMax” və “GigaMax+” internet paketlərə yeni qoşulmalar dayandırılır.Göstərilən tarixədək bu paketləri aktivləşdirən abunəçilər mövcud abunəliklərini ləğv edənədək xidmətlərdən istifadəni davam etdirə biləcəklər.
                        
                    - Ночной Режим
 - Домашняя страница
 - Статистика
 - Источники
 - Рейтинг
 - Погода
 - Валюта
 
                        

