Salyanda məktəbli bədbəxt hadisə nəticəsində həyatını itirib.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki rayonun Plasmas yaşayış massivində avtomobil məktəbli qızı vurub.
Ağır bədən xəsarətləri alan 8 yaşlı İ.Nazlı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq o, ötən gün həyatını itirib.