Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
Publika.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Əvvəlcə “Karvan-Yevlax” Şamaxıda “Zirə” ilə üz-üzə gələcək. Günün digər oyununda “Neftçi” “Kəpəz”i qəbul edəcək.
Xatırladaq ki, turun ilk oyununda “Qarabağ” “İmişli”yə 2:0 hesabı ilə qalib gəlib.
“Turan Tovuz” – “Şamaxı” və “Sumqayıt” – “Araz-Naxçıvan” oyunları sabah, “Sabah” – “Qəbələ” matçı isə noyabrın 3-də keçiriləcək.