RU

Dəm qazı bəlası: Son üç ayda neçə nəfər ölüb?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Havalar soyuduqca insanlar evlərini qızdırmaq üçün qazla işləyən müxtəlif cihazlardan istifadə edirlər.

Lakin bu dövrdə diqqətsizlik və texniki nasazlıqlar faciəvi nəticələrə səbəb ola bilir. 

Belə ki, “qışın bəlası” adlandırılan dəm qazı hər il yüzlərlə insanın həyatına son qoyur. Qaz borularının vaxtında təmizlənməsi, təhlükəsizlik qaydalarına əməl olunması bu kimi hadisələrin qarşısını almağın əsas yoludur.

Bəs son üç ayda neçə nəfər dəm qazından həyatını itirib?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, son üç ayda dəm qazından zəhərlənmə ilə bağlı müraciət olmayıb:

“2025-ci ilin son 3 ayı ərzində dəm qazından zəhərlənmə səbəbi ilə Kiniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət daxil olmayıb”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
cebheinfo.az

2Источники