RU

Yüksək sürətli yolda müəyyən edilməyən yerdən yolu keçmək piyada üçün ölümcül riskdir VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların və sürücülərin təhlükəsizliyinin təmin olunması məqsədilə nəzarət-profilaktik tədbirlərini davam etdirir.

Avtosfer.az-ın məlumatına görə, yollarda hər bir hərəkət iştirakçısının davranışı birbaşa təhlükəsizlik mühitinə təsir göstərir.

Xüsusilə piyadalar üçün bu məsuliyyət daha böyükdür, çünki onlar yolun ən müdafiəsiz iştirakçıları sayılır. Lakin müşahidələr göstərir ki, bəzi hallarda piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmədən, nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etdiyi ərazilərdə yolu keçməyə cəhd edirlər.

BDYPİ-nin məlumatına görə, belə davranışlar ciddi təhlükə yaradır və çox vaxt faciə ilə nəticələnir. Sürücü yüksək sürətlə hərəkət edərkən qəfil qarşısına çıxan piyadanı görsə belə, avtomobilin tam dayanması üçün müəyyən məsafəyə ehtiyac duyulur. Bu səbəbdən belə hallarda qəzanın qarşısını almaq, demək olar ki, mümkün olmur.

Qurum piyadalara bir daha müraciət edərək, yol hərəkəti qaydalarına ciddi əməl etməyi, yalnız piyada keçidlərindən və işıqforla tənzimlənən yerlərdən istifadə etməyi, həmçinin nəqliyyat axınının sıx və sürətli olduğu yollarda ehtiyatlı olmağı tövsiyə edib.

BDYPİ-nin xəbərdarlığında qeyd olunur ki, bir anlıq tələskənlik bəzən geri dönüşü olmayan faciəyə səbəb ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
1
avtosfer.az

2Источники