RU

Mütəxəssis: Bu dərmanların qəhvə ilə qəbulu təhlükəlidir

BAKI, 1 noyabr. TELEQRAF

Bəzi dərmanların qəhvə ilə qəbulu ciddi fəsadlara yol aça bilər.

Teleqraf xəbər verir ki, bu barədə əczaçı-mütəxəssis Yan Budd açıqlama verib.

Onun sözlərinə görə, xüsusilə soyuqdəymə və ağrıkəsici kimi istifadə olunan bəzi dərmanların qəhvə ilə eyni vaxtda və ya yaxın müddətdə qəbul edilməsi orqanizm üçün təhlükəlidir:

“Soyuqdəymə dərmanlarının tərkibində adətən yuxululuğa qarşı təsir göstərən kofein olur. Bu dərmanlarla yanaşı qəhvə içmək sinir sisteminin həddindən artıq stimullaşmasına, ürək döyüntüsünün və qan təzyiqinin artmasına, əsəbilik və narahatlığa səbəb ola bilər. Bu dərmanlar sırasında ibuprofen və parasetamolun adını çəkə bilərəm”.

O qeyd edib ki, qəhvə mədədə turşuluğu artıraraq mədə xorası riskini gücləndirir, kofeinin antidepresantlarla birlikdə qəbulu sinir sisteminə mənfi təsir göstərir.

Избранный
41
teleqraf.com

1Источники