RU

Günay Musayeva indi də bu ölkədə "PARLAYIR"

Azərbaycanlı aktrisa Günay Musayeva “Yaxın Xoşbəxtlik” adlı rus serialında rol alıb.

Publika.az xəbər verir ki, İstanbulda çəkilən serialın baş rollarını Günay Musayeva, Alina Voskresenskaya, Mixail Kremer, Anna Ardova və Mehmet Polat canlandırıb. Layihənin çəkilişləri 4 ay davam edib.

Günay Musayeva yeni layihəsi haqqında bu sözləri deyib:

“Bir müddətdir ki, ekranlardan uzaq idim. Bu serialda iddialı bir obrazı canlandıracam və bu mənə həyəcan verir”.

Layihə “Russia1” kanalında və “Kion” platformasında yayımlanacaq.

Избранный
70
4
publika.az

6Источники