Misli Premyer Liqasının X turunda “Neftçi” “Kəpəz”lə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, “Palms Sports Arena”da keçirilən matç ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
“Ağ-qaralar”ın qollarını Emin Mahmudov (19-cu dəq., penalti), Vensan Abubakar (23), Bassalo Sambo (74, 86) və Freddi Varqas (90+1) vurublar. Qonaq komandanın yeganə qolunun müəllifi isə Sadiq Şəfiyev (77) olub.
Bu nəticədən sonra “Neftçi” 15 xalla turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Kəpəz” isə cəmi 3 xalla sonuncu – 12-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” “İmişli”ni 2:0, “Zirə” isə “Karvan-Yevlax”ı 3:2 hesabı ilə məğlub edib.