Fransanın paytaxtında keçirilən Paris “Masters” turnirində maraqlı yarımfinal görüşü davam edir.
90deqiqe.Az-ın məlumatına görə, hazırda kortda dünyanın ikinci raketkası Yannik Sinner (İtaliya) ilə ATP reytinqində üçüncü pillədə qərarlaşan Aleksandr Zverev (Almaniya) üz-üzə gəliblər.
İtaliyalı tennisçi ilk setdə rəqibini tam üstünlüklə məğlub edib – 6:0. Cəmi 30 dəqiqə davam edən setdə Zverev bir dənə də olsun breyk xalı qazanmayıb.
Qeyd edək ki, yarımfinala gedən yolda Zverev çətin mübarizədə rusiyalı Daniil Medvedev üzərində qələbə qazanmışdı – 2:6, 6:3, 7:6 (7:5). Sinner isə daha asan qələbə ilə amerikalı Ben Şeltonu məğlub edib – 6:3, 6:3.
Hazırda oyun davam edir və finala çıxacaq tennisçinin adı yaxın dəqiqələrdə bəlli olacaq.