RU

Crossmedia.az informasiya portalının bir yaşı tamam oldu


Crossmedia.az Analitik İnformasiya Portalının bir yaşı tamam olur. 2024-ci noyabrın 1-də təsis olunan portal qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə seçilərək informasiya məkanında yer tutmağa nail olub.

Bir illik fəaliyyət dövründə Crossmedia.az analitik informasiya portalının “Humanitar” kateqoriyasında diaspor siyasəti istiqamətində oxuculara materiallar təqdim edir. Əsas məqsəd xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətini, onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı rolunu, elm, təhsil, mədəniyyət sahəsindəki nailiyyətlərini, diaspor təşkilatlarının çalışmalarını ictimaiyyətə obyektiv şəkildə təqdim etməkdir. Bu məqsədlə sayt müsahibə, xəbərlər, müəllif məqalələrini oxucularına təqdim edir.

Crossmedia.az redaksiyası bundan sonra da diaspor və xaricdəki azərbaycanlılarla bağlı mövzuların işıqlandırılmasını davam etdirmək niyyətindədir.

Bir yaş münasibətilə həmkarlarımızı səmimi qəlbdən təbrik edir müvəffəqiyyətlər arzulayırıq.

Избранный
45
baki-xeber.com

1Источники