Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri öldürülüb.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən məlumat verir.
Qeyd olunub ki, İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhəri yaxınlığında SEPAH-ın iki üzvü olan avtomobilə silahlı hücum edilib. Nəticədə hər iki şəxs - SEPAH-ın Bəsic təşkilatının iki üzvü: Məhəmmədrza Şahuzi və İsmail Şahuzi həlak olub.
Məlumata görə, hücum mühafizə olunan ərazidə patrul zamanı baş verib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.